BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı – SON DƏQİQƏ

Hazırkı dövrədək Azərbaycanda 1766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1267 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə Pravda.az-a Nazirlər Kabineti yanında Operativ Qəraragahdan məlumat verilib.

 

Bildirilib ki, indiyədən virusdan 23 nəfər vəfat edib, 476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 137.379 test aparılıb.

Tarix: 29 Aprel 2020, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin