Ağsu rayonunda fəaliyyət göstərən "Şöhlətoğlu” İstirahət Mərkəzinin sahibi, iş adamı Novruz Gülməmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyindən şikayətçidir.
İş adamı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, nazirliyin yüksək vəzifəli şəxsləri müxtəlif üsullarla sahibi olduğu obyekti onun əlindən almaq istəyir.
Novruz Gülməmmədovun sözlərinə görə, "Şöhlətoğlu” İstirahət Mərkəzi 2015-ci ildən fəaliyyət göstərir.
Həmin il iş adamı Ağsu rayonunun Nüyüd bələdiyyəsindən torpaq sahəsi alıb:
"Ayrıca, iki nəfərdən də torpaq almışam. Beləliklə, 6 hektarlıq ərazidə istirahət mərkəzi qurmuşam. Oraya yüz minlərlə manat investisiya qoymuşam. Ərazini abadlaşdırmışam. Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunana qədər heç bir problem yox idi. Amma o, nazir təyin olunandan sonra müavini Vüqar Kərimov obyekti əlimdən alıb yaxın dostlarından birinə vermək istəyir”, - sahibkar bildirib.
Novruz Gülməmmədov əlavə edib ki, bu məqsədlə ona qanunsuz cərimə yazıblar. "700 manat cərimə yazdılar. Məhkəməyə müraciət etdim. Məhkəmə inzibati xəta haqqında protokolu ləğv etdi. Bundan sonra təzyiqlər daha da gücləndi. Bu işin başında dayananlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və İnkişafı Xidməti Departamentinin rəisi Namiq Xıdırov olub. Mənim yuxarı instansiyalara şikayətlərimdən sonra vəzifəsindən azad edilib. Mən hər dəfə qanuni yollarla öz hüquqlarımı bərpa etdikdən sonra nazirlik başqa bir qanunsuzluqla obyektin qapadılmasına, ərazinin əlimdən alınmasına çalışır”, - iş adamı vurğulayıb.
Sahibkar deyib ki, nazirliyin əməkdaşları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də müraciət edib:
"Mənə cavab məktubu gəldi ki, dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Şikayətim məndən qanunsuz ödənişlər tələb etməklə bağlı olub. Bütün bunlardan sonra nazirlik məni torpaq zəbt etməkdə ittiham etməyə başladı. Hətta barəmdə cinayət işinin başlanmasına da nail oldular. "Şöhlətoğlu” İstirahət Mərkəzi 2015-ci ildən fəaliyyət göstərir. Bütün bunlar isə ötən ildən başlayıb. Bəs 7 il niyə yadlarına düşmədi ki, mən guya torpaq zəbt etmişəm?”
Sahibkarın vəkili Türkel Süleymanlı bildirib ki, torpağın Nüyüd bələdiyyəsindən alınmasına dair sənəd var:
"Həmin möhürlü, imzalı rəsmi sənədi Novruz Gülməmmədova bələdiyyə verib. Müdafiə etdiyim şəxs də bu sənəd əsasında iş qurub. 6 hektarlıq abadlıq işləri aparıb, ora külli miqdarda investisiya qoyub, vaxtlı-vaxtında həmin əraziyə görə qanuni rüsumları ödəyib və s. Əgər Novruz Gülməmmədov torpaq zəbt edibsə, bəs o zaman bələdiyyənin bu sənədi nədir?”
Türkel Süleymanlı bildirib ki, qarşı tərəf sadəcə iş adamından qisas alır:
"Novruz Gülməmmədov işini qanuni əsaslarla görən bir iş adamıdır. Hər hansı qanunsuz işdən uzaqdır. Üzləşdiyi qanunsuzluqlara qarşı da qanun çərçivəsində, hüquqi müstəvidə mübarizə aparır. Novruz Gülməmmədov qarşı tərəfin qanunsuz əməllərini ictimailəşdirdiyinə, onlar barəsində müvafiq qurumlara şikayətlər etdiyinə görə ondan qisas alırlar”.
Baş verənlər barədə Novruz Gülməmmədov və Türkel Süleymanlının geniş çıxışını əks etdirən videomaterialı təqdim edirik:(Qaynarinfo)
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
Ən son xəbərləri səhifəmizdən də izləyin