BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Qızıl Aypara Cəmiyyəti bəzi erməniəsilli şəxslərin 40 ton unun zəhərli olması barədə iddialarını gülünc adlandırıb

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan bəzi erməniəsilli şəxslər tərəfindən onlar üçün aparılan 40 ton unun guya zəhərli olması barədə iddialarını gülünc adlandırıb.

 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev bir qrup xarici media orqanının Azərbaycan nümayəndəliklərinin əməkdaşlarına açıqlamasında deyib ki, hər kəs həmin mallara baxa bilər:

 

“Bizim məqsədimiz humanitar yardım göstərmək, kömək etməkdir, əlbəttə, məqsədimiz insanları zəhərləmək deyil. Hər kəs həmin mallara baxa, orada sərbəst şəkildə çəkiliş də apara bilər”,- qurum rəsmisi qeyd edib./Report

Tarix: 30 Avqust 2023, 13:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin