BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahil Babayevdən yeni təyinat

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinə müşavir təyin edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Hüseynzadə Həmid Vəli oğlu qurumun İdarə Heyətinin sədri Anar Bayramovun müşaviri təyin olunub. 

 

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Həmid Hüseynzadə bundan əvvəl "SR Group Holdinq"də İT Departament Direktoru vəzifəsində çalışıb.

Tarix: 30 Avqust 2023, 17:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin