BURADA REKLAMINIZ OLA
BİLƏR

Çirkab sularının yığılacağı tikili və qurğulara dair tələblər təsdiqləndi

Nazirlər Kabineti “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair tələblər”i təsdiq edib.

 

Pravda.az-ın xəbərinə görə, qərar “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.

 

Qərarla mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab sularının axıdılması üçün binanın istismar təyinatından asılı olaraq tələblər müəyyən edilir.

 

Qərara əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab suların axıdılması zamanı sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərə əməl olunması və ətraf mühitin qorunması təmin ediləcəkdir.

Tarix: 30 Avqust 2023, 18:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin