BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Fransanın “humanitar yükü”nü sərhəddən buraxmadı

Fransa Azərbaycana qarşı növbəti dəfə təxribata əl ataraq Qarabağa “humanitar yük” göndərib.


Pravda.az xəbər verir ki, Azərbaycan tərəfi ilə razılaşdırılmayan bu addımın qarşısı Laçın sərhəd-buraxılış məntəqəsində alınıb.


Nəticədə, Fransanın “humanitar yükü” Azərbaycan ərazisinə buraxılmayıb.


Məsələ burasındadır ki, Azərbaycanın hər hansı bölgəsində humanitar böhran yaşanmır və bununla bağlı heç bir ölkəyə müraciət də olunmayıb.


Qeyd edək ki, bu gün Parisin meri Ann İdalqonun və Strasburq meri Janna Barseqyanın müşayiəti ilə İrəvandan “humanitar yük”lə dolu 10 maşın Laçın sərhədinə gəlib.


Tarix: 30 Avqust 2023, 20:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin