BURADA REKLAMINIZ OLA
BİLƏR

Sakinlər icra başçısına və deputata müraciət etdilər: "Blokda dincəlirik..."

Bakının Nərimanov rayonu Mirəli Qaşqay küçəsi 97 ünvanında yerləşən doqqumərtəbəli binanın həyətinin yarısı tikililərlə zəbt olunub, ərazinin digər hissəsi isə xarabalığa çevrilib, ağaclar tamamilə quruyub, sakinlərin istirahət etmələri, uşaqların oyunları oynaması üçün əlverişli şərait yoxdur.

 

Pravda.az xəbər verir ki, bu barədə Mirəli Qaşqay küçəsi 97 ünvanında yaşayan sakinlərin sosial şəbəkədə Nərimanov Rayon İcra Hakimiyyətinə və 20 saylı Nərimanov ikinci seçki dairəsinin deputatı Adil Əliyevə ünvanladıqları müraciətdə bildirilib. 

 

Qeyd olunub ki, ərazidə dörd doqquzmərtəbəli bina yerləşir.

 

Sakinlər bloklarda dincəlməyə məcburdurlar. Sakinlər iddia edirlər ki, ərazi sahibkarlara satılacağı üçün qəsdən abadlaşdırılmır. 

 

Məsələ ilə bağlı Pravda.az tərəfindən Nərimanov RİH-yə sorğu göndərilsə də, hələ münasibət bildirilməyib. 

 

Aytəkin Qardaşova 

Fotoları təqdim edirik
Tarix: 31 Avqust 2023, 11:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin