Xəbər verdiyimiz kimi, avqustun 30-da Azərbaycan universitetlərinə ixtisas seçiminin nəticələri elan edilib. Nəticələr çoxlarını sevindirsə də, uzun illər sonra əksər ixtisasların keçid ballarında müşahidə olunan böyükrəqəmli enmə ciddi müzakirə yaradıb. İctimaiyyəti ən çox təəccübləndirən universiterlərdən biri isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti olub. Belə ki, ADNSU-nun Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının dövlət sifarişi üzrə ingilis dili bölməsinin 600-dən yüksək olan keçid balı 200 bala endirilib. Müzakirələr zamanı bildirilib ki, 200 bal toplayan abituriyentin 600-dən yüksək bal toplayan tələbə ilə eyni fakültədə oxuması haqsızlıqdır. Bununla bərabər keçid balı 200-ə endirilən digər ixtisaslar da var: ADNSU-nun dövlət sifarişli Geologiya və geofizika mühəndisliyi ixtisasının ingilis dili bölməsi, Bakı Dövlət Universitetinin ingilis dili bölməsi üzrə dövlət sifarişli eyniadlı ixtisası, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dövlət sifarişli Maşın mühəndisliyi, Nəqliyyat mühəndisliyi ixtisasları, Bakı Mühəndislik Universitetinin eyniadlı ixtisası, Azərbaycan Texniki Universitetinin dövlət sifarişli Maşın mühəndisliyi ixtisası... Azərbaycan universitetləri üzrə ən yüksək keçid balı isə Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasındadır. İxtisasın dövlət sifarişli keçid balı 673-dür. Əvvəlki illərlə müqayisədə abituriyentlərin bilik səviyyəsinin bu il daha da aşağı olduğu bildirilib.
Müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən təhsil eksperti Nabatəli Qulamoğlu deyib ki, keçid balının 600-dən 200-ə endirilməsi düzgün yanaşma deyil.
“Bu qədər fərq yoxdur. Müşahidələrimə görə, keçid ballarında ötən illə müqayisədə 50-100 bal fərq var. Bəlkə, yanlışlıq edirəm. Ola bilər ki, yüksək ballı ixtisasa tələbat olmasın, ya da başqa səbəblər olsun. Təkcə bir səbəbi ola bilməz. Keçid ballarının bu il aşağı düşməsinin başlıca səbəblərindən biri budur ki, uşaqlar buraxılış imtahanlarında lazımi balı toplaya bilmədilər. Azərbaycan dili üzrə mətn üzərində işləmək çox müəmmalı, mürəkkəb bir prosesdir. Bu prosesi bir az da mürəkkəbləşdiriblər. Abituriyentlərin çoxu imtahandan zəif balla çıxdı. Demək olar, bütün ixtisaslarda Azərbaycan dili var”, - ekspert bildirib.
N.Qulamoğlu əlavə edib: “Ümumiyyətlə, bizim təhsilimiz geriyə doğru gedir. Bunu bilmək çətin bir şey deyil ki. Abituriyentlərin səviyyəsinin aşağı olmasının başlıca səbəbi budur. Ola bilər, tək-tük valideynlər çalışırlar ki, öz uşaqları öyrənsinlər. Təhsilə qayğı yoxdur. Qayğı olsaydı, təhsil bu səviyyədə olmazdı. İndi görün, müxtəlif manipulyasiya etməklə cəhd edib göstərməyə çalışacaqlar ki, bu il abituriyentlər ötən ildən yaxşı bal toplayıblar. Rəqəmlərdə o qədər manipulyasiya edirlər ki. Dövlət İmtahan Mərkəzinin statistikası olacaq. Bunlar istəyirlər ki, bilik üzrə Avropa standartlarını mənimsətsinlər. Bunu da əldə edə bilmirlər. Bir məsəl var, “atasının gözünü çıxarır ki, desinlər Koroğludur...” Təhsillə belə oyun çıxarırlar. İstəyirlər ki, Avropa standartlarına uyğunlaşdırsınlar. Amma bizim təhsil avtoritar təhsildir. Təhsil islahatı olmadan bu təhsili Avropa standartlarına uyğunlaşdırmaq qətiyyən mümkün deyil. Fəsadlar da verir. İstər qəbul prosesində, MİQ imtahanlarında, istərsə də müəllimlərin sertifikasiya imtahanında... Hamısında fəsadlar baş verir. Təhsillə bağlı çox ağlamalı vəziyyət yaranıb. Bu prosesdən hədsiz narazıyam”.
Aytəkin Qardaşova
4 Dekabr 20:38
4 Dekabr 20:06
4 Dekabr 19:29
4 Dekabr 18:40
4 Dekabr 18:37
4 Dekabr 18:35
4 Dekabr 18:33
4 Dekabr 18:31
4 Dekabr 18:13
4 Dekabr 18:08
4 Dekabr 17:50
4 Dekabr 17:34
4 Dekabr 17:33
4 Dekabr 17:03
4 Dekabr 16:53
4 Dekabr 16:51
4 Dekabr 16:35
4 Dekabr 16:00
4 Dekabr 15:41
4 Dekabr 15:30
4 Dekabr 15:23
4 Dekabr 14:52
4 Dekabr 14:49
4 Dekabr 14:47
4 Dekabr 14:22
4 Dekabr 14:12
4 Dekabr 13:59
4 Dekabr 13:50
4 Dekabr 13:37
4 Dekabr 13:30
4 Dekabr 13:21
4 Dekabr 13:19
4 Dekabr 13:14
4 Dekabr 13:09
4 Dekabr 13:03
4 Dekabr 12:56
4 Dekabr 12:46
4 Dekabr 12:42
4 Dekabr 12:41
4 Dekabr 12:39
4 Dekabr 12:36
4 Dekabr 12:24
4 Dekabr 12:22
4 Dekabr 12:15
4 Dekabr 12:14
4 Dekabr 12:08
4 Dekabr 12:06
4 Dekabr 12:05
4 Dekabr 11:43
4 Dekabr 11:41
4 Dekabr 11:27
4 Dekabr 11:25
4 Dekabr 11:23
4 Dekabr 11:20
4 Dekabr 11:16
4 Dekabr 10:48
4 Dekabr 10:35
4 Dekabr 10:32
4 Dekabr 10:30
4 Dekabr 10:25
4 Dekabr 10:23
4 Dekabr 10:19
4 Dekabr 10:14
4 Dekabr 10:10
4 Dekabr 10:02
4 Dekabr 09:40
4 Dekabr 09:31
4 Dekabr 09:11
4 Dekabr 09:05
4 Dekabr 08:58
4 Dekabr 08:57
4 Dekabr 08:49
4 Dekabr 08:41
4 Dekabr 08:39
4 Dekabr 08:36
4 Dekabr 08:31
4 Dekabr 08:26
4 Dekabr 08:21
4 Dekabr 08:17
4 Dekabr 08:16
4 Dekabr 08:11
4 Dekabr 08:06
4 Dekabr 08:02
4 Dekabr 07:52
4 Dekabr 07:03
4 Dekabr 07:00
4 Dekabr 06:50
4 Dekabr 06:49
4 Dekabr 06:43
4 Dekabr 01:09
4 Dekabr 01:03
4 Dekabr 00:57
4 Dekabr 00:22
3 Dekabr 23:46
3 Dekabr 23:00
3 Dekabr 22:50
3 Dekabr 21:50
3 Dekabr 20:55
3 Dekabr 20:17
3 Dekabr 19:56
3 Dekabr 19:54
3 Dekabr 19:11
3 Dekabr 18:09
3 Dekabr 17:19
3 Dekabr 17:15
3 Dekabr 16:34
3 Dekabr 16:33
3 Dekabr 16:22
3 Dekabr 14:42
3 Dekabr 14:41
3 Dekabr 14:39
3 Dekabr 14:35
3 Dekabr 14:12
3 Dekabr 13:46
3 Dekabr 13:44
3 Dekabr 13:42
3 Dekabr 13:38
3 Dekabr 13:34
3 Dekabr 12:34
3 Dekabr 12:31
3 Dekabr 11:59
3 Dekabr 11:54
3 Dekabr 11:42
3 Dekabr 11:40
3 Dekabr 11:39
3 Dekabr 10:35
3 Dekabr 10:31
3 Dekabr 10:29
3 Dekabr 10:11
3 Dekabr 09:32
3 Dekabr 09:19
3 Dekabr 09:17
3 Dekabr 09:13
3 Dekabr 09:10
3 Dekabr 09:07
3 Dekabr 09:06
3 Dekabr 09:00
3 Dekabr 07:24
3 Dekabr 01:06
3 Dekabr 00:39
3 Dekabr 00:30
2 Dekabr 22:39
2 Dekabr 22:36
2 Dekabr 22:29
2 Dekabr 21:38
2 Dekabr 20:05
2 Dekabr 19:31
2 Dekabr 19:26
2 Dekabr 19:25
2 Dekabr 19:00
Ən son xəbərləri səhifəmizdən də izləyin