BURADA REKLAMINIZ OLA
BİLƏR

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırıldı

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılıb.


Bu barədə Pravda.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Səbəb 1-15 sentyabrda qrupların komplektləşdirilməsi ilə bağlıdır. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.


Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Tarix: 1 Sentyabr 2023, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin