BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Sentyabrın 2-si saat 12:58-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.


Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Tarix: 2 Sentyabr 2023, 14:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin