BURADA REKLAMINIZ OLA
BİLƏR

Mikayıl Cabbarov Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti ilə görüşdü

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Qao Yuanyuanla görüşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkə platformasında paylaşım edib.

 

“Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti xanım Qao Yuanyuanla görüşdə qarşılıqlı səfərlərin iqtisadi potensialımızın reallaşdırılmasında önəmini qeyd etdik, ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanların müəyyənləşdirilməsi məsələlərini nəzərdən keçirdik”, - nazir qeyd edib.

Tarix: 3 Sentyabr 2023, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin