BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.


Bu barədə Pravda.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.


"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb", - məlumatda deyilir.

Tarix: 4 Sentyabr 2023, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin