BURADA REKLAMINIZ OLA
BİLƏR

Mağazalar müştərilərə niyə pos-terminal təqdim etməkdən yayınırlar? - VİDEO

Bəzi mağazalarda alıcılar kartla ödəniş edə bilmirlər. Xezerxeber.az-ın məlumatına görə, müxtəlif səbəblərdən mağazalarda pos-terminal təqdim edilmir və ödənişin kart hesabına edilməsi xahiş edilir.

 

Bu da alıcıların haqlı narazılığına səbəb olur.

 

Mağaza işçilərinin sözlərinə görə, pos-terminalla ödənişlər zamanı faiz çox tutulduğu üçün onlar daha çox nağd ödənişə üstünlük verirlər.

 

Lakin qanunvericiliyin tələblərinə əsasən, nağdsız ödənişlərin həyata keçirilməsi üçün hər bir ticarət müəssisəsində pos-terminal cihazları olmalıdır. Alış-verişin sonunda alıcıya pos-terminaldan çıxarışla yanaşı, nəzarət kassa aparatı çeki də təqdim edilməlidir. Bunlara əməl etməyənlər isə qanun qarşısında məsuliyyət daşıyırlar.

 

Belə hallarla qarşılaşan vətəndaşlar dövlət vergi xidmətinin “195-1” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

 

Tarix: 5 Sentyabr 2023, 00:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin