BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: Ermənistan silahlı qüvvələrinin mövqeləri atəşə tutulmayıb

Sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.


Bu barədə Pravda.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
 

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd edilib.

Tarix: 5 Sentyabr 2023, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin