BURADA REKLAMINIZ OLA
BİLƏR

AG Bank ASC-də insident - VİDEO

AG Bank ASC-ə ötən günlərdə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən inzibatçı təyin olunub.

 

Pravda.az xəbər verir ki, məlumata görə bu gün AMB əməkdaşları və müştərilər arasında insident baş verib. İnsidentin yaranma səbəbi AMB işçilərinin müştərilərə qarşı aqressiv davranışları olub. Müştərilərin məlumatına görə, AMB əməkdaşları maaş kartı AG Banka məxsus olan müştərilərin kartlarını bloklayaraq əməkhaqlarının nağdlaşdırılmasına qadağa qoyur. Bundan başqa banka aid post- terminalları da bloklamaq istəyən AMB əməkdaşları müştərilərin haqlı etirazları ilə qarşılaşıb.Kommersant.az

 

Qeyd edək ki, rəsmi əməkhaqlarını AG Bankdan əldə edən müştərilərin plastik kartları bloklanıb və digər bankların bankomatlarından komissiyalı nağdlaşdırma etməsinə icazə verilmir.

 

AG Bank ASC-də insident from Pravda on Vimeo.

Tarix: 30 Aprel 2020, 15:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin