BURADA REKLAMINIZ OLA
BİLƏR

Erməni silahlı dəstələrinin yeni səngər yolları qazmaq cəhdinin qarşısı alınıb

Sentyabrın 6-sı saat 12:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

 

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

 

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Tarix: 6 Sentyabr 2023, 13:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin