BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: Qeyri-qanuni erməni silahlılarının Kəlbəcərdə növbəti təxribatının qarşısı alındı

Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

 

Bu barədə Pravda.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

 

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - MN-dən qeyd edilib.

Tarix: 7 Sentyabr 2023, 10:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin