BURADA REKLAMINIZ OLA
BİLƏR

Qanunsuz erməni silahlılarının yeni səngərlər qazmaq cəhdinin qarşısı alındı - RƏSMİ

Sentyabrın 8-i saat 00:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

 

Bu barədə Pravda.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

 

Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

Tarix: 8 Sentyabr 2023, 07:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin