BURADA REKLAMINIZ OLA
BİLƏR

“Premium Bank”dan AÇIQLAMA

“Premium Bank” 7 sentyabr 2023-cü il tarixində Pravda.az saytında dərc olunan “Əsgərovların bankı bağlana bilərmi? – Kredit riski yüksəkdir” sərlövhəli yazının mətni ilə razılaşmadığını bildirib.


Bank bununla bağlı təkzib müraciəti yayıb. Müraciətdə deyilir ki, saytda dərc edilən məqalədəki məlumatlar tamamilə yanlışdır və birbaşa bankın nüfuzuna xələl gətirir. “Bankın kredit portfeli üzrə vaxtı keçmiş kreditlərin cəmi o qədər deyil. Həmçinin, Mərkəzi Bankın qaydasına əsasən, 1-30 gün arası gecikən faiz borcları problemli kredit sayılmır”.


Qeyd edək ki, “Ekonominfo.az” saytına istinadən dərc etdiyimiz məlum yazıda “Premium Bank”ın problemli kreditlərinin həcminin 135,2 milyon manat təşkil etdiyi və bunun ölkə üzrə qeydə alınan orta göstəricidən dəfələrlə yüksək olduğu bildirilib.

Tarix: 8 Sentyabr 2023, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin