BURADA REKLAMINIZ OLA
BİLƏR

Məleykə: “Ruhum getmişdi, gəlişin mənə nəfəs verdi”

Xalq artisti Məleykə Əsədova qızı Gülərin ad gününü təbrik edib. 

O, sosial şəbəkə hesabında 18 yaşı tamam olan övladı ilə birgə videogörüntülərini yayımlayaraq bu sözləri qeyd edib:

"Allahıma sonsuz şükürlər və təşəkkürlər edirəm! 18 yaşın mübarək olsun mənim gözəl, ağıllı qızım! Ananın nəfəsi, ürəyi. Sən mənə Allahımın əmanətisən. Sentyabrın 8-i mənim üçün çox özəl tarixdir. Anam dünyasını dəyişdikdən sonra sanki ruhum getmişdi, sənin gəlişin mənə yeni nəfəs verdi, məni həyata bağladı. 18 ildir ki, mən sənə görə yaşayıram. Təkbaşına, çəkdiyim əziyyətləri heç kimə bildirmədim. Bütün ömrümü, sənin üzərindən qurdum ki, sən sağlam, ağıllı, savadlı böyüyəsən. Sən mənim saf, mələk ruhlu qızımsan! Sənə sağlam can, ən yaxın dostunun ağıl olmağını arzu edirəm! Allah səni mərdimazar, pis, üç-dörd üzlü insanlardan qorusun! Hər zaman başının üzərində Allah və yaxınlarında saf, mərd insanlar olsun. Allahdan ən böyük arzum səni xoşbəxt görməkdir. Təhsilini sağ-salamat bitirib vətənə layiq övlad olasan! Mənə də sənin xoş günlərini görmək qismət olsun! Xoş gəldin ömrümə Gülərim!"Yenisabah.az

Tarix: 8 Sentyabr 2023, 12:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin