BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının bu ərazilərində və bir sıra rayonlarda su olmayacaq

Azərbaycanın Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

 

Məhdudiyyətlərə səbəb son günlər regionlarda müşahidə olunan intensiv yağıntılarla əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksində və Kür-Bakı magistral su kəmərində zəruri təmir-bərpa işlərinin aparılmasıdır.

 

Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Tarix: 8 Sentyabr 2023, 20:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin