BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi: Ermənistanın Günəşli istiqamətində mövqelərinin atəşə tutulması barədə məlumat yalandır

Sentyabrın 9-u saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

 

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, -deyə qeyd edilib.

Tarix: 10 Sentyabr 2023, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin