BURADA REKLAMINIZ OLA
BİLƏR

Müxalifət Bakıda mitinq keçirdi

Klassik Xalq Cəbhəsi Partiyasının təmsil olunduğu Azərbaycan Xalq Hərəkatı “Qarabağa azadlıq, işğala son”, “Ya azad et, ya çıx get” şüarı ilə Bakının Lökbatan qəsəbəsində, “Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazasında mitinq keçirib.

 

Pravda.az-ın xəbərinə görə, mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

 

KXCP sədri deyib ki, BŞİH mitinq keçirilməsinə Lökbatanı ayırıb: “Mitinqi metronun “Dərnəgül” stansiyasının yaxınlığında keçirmək istəyirdik, amma icra hakimiyyəti razılıq vermədi...”

 

O, çıxışında Qarabağın işğaldan azad edilməsi ilə bağlı təkliflərini səsləndirib.

 

Digər çıxış edənlər də Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunublar.

Tarix: 30 Noyabr 2019, 16:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin