BURADA REKLAMINIZ OLA
BİLƏR

Atası "Nikosayağı"nın son durumundan danışdı

“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli xəstəxanadan evə buraxılıb.

 

Bu haqda "Teleqraf.com"a bloqerin atası, nevropatoloq Nafiz Mütəllimov məlumat verib.

 

"Oğlum dünən xəstəxanadan evə buraxılıb. Bir az qolunda ağrı var. Əvvəlkinə nisbətən səhhəti yaxşıdır", - o deyib.

 

Qeyd edək ki, Nicat Şakirli bir müddət əvvəl avtomobil qəzası keçirib. Qəzada onun dostu Ruslan Məmmədov vəfat edib.

Tarix: 11 Sentyabr 2023, 15:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin