BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətəndaşlara SMS göndərilir - SƏBƏB

Son zamanlar “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi halları ilə bağlı Elektron Təhlükəsizlik Xidməti mobil operatorlarla birgə vətəndaşlara maarifləndirici SMS-lər göndərir.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, qurum SMS-lər vasitəsilə vətəndaşları onlayn hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyə çağırır. Müxtəlif tətbiq və platformalarda ikimərhələli təsdiqləməni aktivləşdirmək üçün təlimatlarla bu linkdə tanış olmaq mümkündür.

 

Elektron Təhlükəsizlik Xidməti gələcəkdə də vətəndaşlara mövcud kibertəhlükələr barədə məlumatlandırıcı və maarifləndirici SMS-lər göndərməyə davam edəcək.

Tarix: 12 Sentyabr 2023, 16:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin