BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəşər Əsəd Çinə səfər etdi

Suriya Prezidenti Bəşər Əsəd təxminən iyirmi ildə ilk dəfə Çin prezidenti Si Cinpinin dəvəti Çinə rəsmi səfərə gedib.

 

Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Bəşər Əsəd 19-cu Asiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Şərqi Çinin Zhejiang əyalətinin paytaxtı Xançjou şəhərinə gedib.

 

Əsəd sonuncu dəfə 2004-cü ildə o zamankı prezident Hu Jintao ilə görüşmək üçün Çinə səfər edib.

 

Suriya Ərəb Xəbər Agentliyinin verdiyi məlumata görə, o, Prezident Si Cinpin ilə görüşəcək və Suriya-Çin sammitində iştirak edəcək.

Tarix: 21 Sentyabr 2023, 11:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin