BURADA REKLAMINIZ OLA
BİLƏR

Penitensiar Xidmət: General Oqtay Məmmədov vəzifədən azad edilməyib - YENİLƏNDİ

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay İlyas oğlu Məmmədov vəzifəsindən azad olunmayıb.

 

Bu barədə Pravda.az-a qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, O.Məmmədovun vəzifədən azad edilməsi ilə bağlı mətbuatda yayılan məlumat həqiqəti əks etdirmir.

 

***

17:26

 

Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay İlyas oğlu Məmmədov vəzifəsindən azad olunub. 


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.


Generalın işdən çıxarılma qərarı Penitensiar Xidmət sahəsində aparılan kadır islahatları ilə bağlıdır. 


Məsələ ilə bağlı Penitensiar Xidmətin mətbuat katibi vəzifəsini müvəqqəti icra edən Tanrıverdi Mustafayevə müraciət etdik. Qurum rəsmisi bu barədə məlumatının olmadığını, Ədliyyə Nazirliyi ilə əlaqə saxlamağlmızı tövsiyyə etdi. 


Nazirlikdən isə məlumatı dəqiqləşdirib məlumat verəcəklərini dedilər.


Qeyd edək ki, Oqtay İlyas oğlu Məmmədov 2006-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində çalışıb. O, 2013-2016-cı illərdə Kürdəmir rayon Polis Şöbəsinin rəisi olub. 5 iyul 2016-cı il tarixdə ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Penitensiar Xidmətin rəis müavini təyin edilib. 

Tarix: 21 Sentyabr 2023, 19:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin