BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başladı

Bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsində start oyununa çıxıb.

 

H qrupunda yer alan Azərbaycan çempionu öz meydanında “Molde” ilə qarşılaşıb.

 

Hər iki komanda Avropa kuboklarında mübarizəyə Çempionlar Liqasından başlayıb.

 

“Qarabağ” II təsnifat mərhələsində “Rakuv”a, Norveç çempionu isə “Qalatasaray”a məğlub olub.

 

Azərbaycan çempionu 90 dəqiqənin tamamında rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, qrupun digər matçında Almaniyanın “Bayer” klubu İsveçin “Haken” komandasına 4:0 hesabı ilə qalib gəlib.

 

Avropa Liqası

 

Qrup mərhələsi

 

21 sentyabr

 

20:45. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 1:0


Qol: Leandro Andrade, 55


Baş hakim: Con Bitona (Şotlandiya)


"Qarabağ": 99. Andrey Lunyov, 2. Mateu Silva, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Juninyo


Baş məşqçi: Qurban Qurbanov
"Molde": 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen, 15. Markus Kaasa, 6. Martin Ellinqsen, 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa, 7. Maqnus VolffEikrem (k)
Baş məşqçi: Erlinq Moe
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu/Apasport

Tarix: 21 Sentyabr 2023, 22:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin