BURADA REKLAMINIZ OLA
BİLƏR

Siqaret almağa gedən şəxsi avtomobillə vurub qaçan şəxsə cəza verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində Qəbələdə piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Ramil Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs təyin edilmiş cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. 

 

Qeyd: Hadisə 14 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu, Mirzəbəyli kənd ərazisindən keçən hissədə qeydə alınıb. Belə ki, Ramil Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə hərəkətdə olan zaman həmin kənd sakini, 1997-ci il təvəllüdlü Orxan Qədirovu vuraraq öldürüb. Sonra sürücü hadisə yerindən yayınıb. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisədən əvvəl Orxan Qədirov evdən çıxıb marketə siqaret almağa gedirmiş.

 

Kamal Məmmədov

Tarix: 22 Sentyabr 2023, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin