Bakıda avtomobillə "Bakumooz Kitab evi"nin rəhbəri Nürəddin Məmmədlini vuraraq öldürməkdə təqsirləndirilən Şamil Eyvazovun məhkəmə ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O dindirilərkən deyib ki, 1992-ci ildə Salyan rayonunda anadan olub. Hadisə günü dostu Raulun (şərti) ad günü məclisində iştirak edib. Təqsirləndirilən şəxs söyləyib ki, həmin məclisdə az miqdarda spirtli içki (viski) qəbul edib. Ad günü məclisi bitdikdən sonra Raulu və onun həyat yoldaşını evlərinə ötürüb, daha sonra isə tanışı Qabili (şərti) evinə aparıb. O, tanışını evinə ötürdükdən sonra yaşadığı evə doğru hərəkət edib.
Şamilin sözlərinə görə, “Odlar Yurdu” Universitetinin qarşısından keçən zaman bir anda qarşısına mərhum Nurəddin çıxıb. O, mərhumu görən zaman artıq avtomobilini saxlaya biləcək qədər uzaqlıqda olmayıb. Təqsirləndirilən şəxs hadisə yerinə çatmazdan əvvəl 2 nəfərin yol ilə bir tərəfdən digər tərəfə keçdiyini görüb. “Lakin hadisə yerinə yaxınlaşanda mərhum Nurəddin bir anda yola atıldı. Bu səbəbdən artıq idarə etdiyim avtomobili saxlaya bilmədim və onu vurdum. Həmin anda tək olduğum üçün qorxaraq hadisə yerindən uzaqlaşdım. Hadisə baş verdikdən dərhal sonra yaşadığım mənzilə getdim. Lakin qorxu və həyəcan içində olduğum üçün avtomobili idarə edə bilməyərək yaşadığım mənzilə 200 metr qalmış maşından enərək piyada getdim. Həmin an çox güclü stress içində olduğum üçün əsə-əsə yaşadığım mənzilə çata bildim. Evə gəldikdən sonra dərhal su içərək sakitləşməyə çalışdım. Hətta evdə olanlar belə mənim nə halda olduğumu gördülər. Onlar məndən nə olduğunu soruşduqda, qəza törətdiyimi bildirdim. Sonra biraz özümə gəldim, “Bolt”la taksi sifariş edib hadisə yerinə qayıtmaq istədim. Lakin mənzildən çıxan zaman polis əməkdaşları məni saxlayaraq Polis Bölməsinə apardılar”, - təqsirləndirilən şəxs ifadəsində qeyd edib.
Qeyd: Hadisə ötən il avqustun 28-i saat 23 radələrində paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində qeydə alıb. Belə ki, Şamil Eyvazovun idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurəddin Məmmədlini vuraraq hadisə yerini tərk edib. Nəticədə piyada oradaca ölüb. Daha sonra sürücü hadis yerindən qaçıb, avtomobil isə rayon ərazisində tapılıb. Şamil Eyvazova qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırlatma: Qəzada vəfat edən 30 yaşlı N.Məmmədli “Bakumoz” kitab evinin sahibi idi. O, bukinist və dizayner kimi də fəaliyyət göstərib. Kitab evi metronun “28 May” və “Neftçilər” stansiyaları yaxınlığında fəaliyyət göstərir. O, ailəli idi.
Kamal Məmmədov
2 Dekabr 16:35
2 Dekabr 16:34
2 Dekabr 16:12
2 Dekabr 14:58
2 Dekabr 14:56
2 Dekabr 14:45
2 Dekabr 14:39
2 Dekabr 14:33
2 Dekabr 14:19
2 Dekabr 14:01
2 Dekabr 13:58
2 Dekabr 13:43
2 Dekabr 13:22
2 Dekabr 13:18
2 Dekabr 12:56
2 Dekabr 12:50
2 Dekabr 12:46
2 Dekabr 12:38
2 Dekabr 12:32
2 Dekabr 12:30
2 Dekabr 12:23
2 Dekabr 12:21
2 Dekabr 11:45
2 Dekabr 11:41
2 Dekabr 11:33
2 Dekabr 11:03
2 Dekabr 10:59
2 Dekabr 10:56
2 Dekabr 10:55
2 Dekabr 10:50
2 Dekabr 10:32
2 Dekabr 10:04
2 Dekabr 09:34
2 Dekabr 08:35
2 Dekabr 02:15
2 Dekabr 02:10
2 Dekabr 02:01
1 Dekabr 23:14
1 Dekabr 23:05
1 Dekabr 21:30
1 Dekabr 20:54
1 Dekabr 19:59
1 Dekabr 19:56
1 Dekabr 19:32
1 Dekabr 18:42
1 Dekabr 18:42
1 Dekabr 18:39
1 Dekabr 18:37
1 Dekabr 18:18
1 Dekabr 17:57
1 Dekabr 17:29
1 Dekabr 17:27
1 Dekabr 17:25
1 Dekabr 17:23
1 Dekabr 17:04
1 Dekabr 16:28
1 Dekabr 16:26
1 Dekabr 16:21
1 Dekabr 16:20
1 Dekabr 16:18
1 Dekabr 16:15
1 Dekabr 16:13
1 Dekabr 16:08
1 Dekabr 15:55
1 Dekabr 15:52
1 Dekabr 15:52
1 Dekabr 15:40
1 Dekabr 15:34
1 Dekabr 14:56
1 Dekabr 14:54
1 Dekabr 14:50
1 Dekabr 14:45
1 Dekabr 14:37
1 Dekabr 14:21
1 Dekabr 14:13
1 Dekabr 13:50
1 Dekabr 13:40
1 Dekabr 13:21
1 Dekabr 13:18
1 Dekabr 13:03
1 Dekabr 12:56
1 Dekabr 12:35
1 Dekabr 12:28
1 Dekabr 12:27
1 Dekabr 12:25
1 Dekabr 12:23
1 Dekabr 12:08
1 Dekabr 12:07
1 Dekabr 12:05
1 Dekabr 12:02
1 Dekabr 12:02
1 Dekabr 11:53
1 Dekabr 11:50
1 Dekabr 11:21
1 Dekabr 11:20
1 Dekabr 11:17
1 Dekabr 11:10
1 Dekabr 10:45
1 Dekabr 10:42
1 Dekabr 10:37
1 Dekabr 10:23
1 Dekabr 10:08
1 Dekabr 10:00
1 Dekabr 09:58
1 Dekabr 09:51
1 Dekabr 09:43
1 Dekabr 09:38
1 Dekabr 09:35
1 Dekabr 09:25
1 Dekabr 09:22
1 Dekabr 09:14
1 Dekabr 09:08
1 Dekabr 09:05
1 Dekabr 09:03
1 Dekabr 09:00
1 Dekabr 08:57
1 Dekabr 08:55
1 Dekabr 08:45
1 Dekabr 08:40
1 Dekabr 08:34
1 Dekabr 08:27
1 Dekabr 08:15
1 Dekabr 08:10
1 Dekabr 08:05
1 Dekabr 08:01
1 Dekabr 06:40
1 Dekabr 06:36
1 Dekabr 06:25
1 Dekabr 02:21
30 Noyabr 21:40
30 Noyabr 21:25
30 Noyabr 20:34
30 Noyabr 20:30
30 Noyabr 20:17
30 Noyabr 20:15
30 Noyabr 19:48
30 Noyabr 19:37
30 Noyabr 18:46
30 Noyabr 18:29
30 Noyabr 18:10
30 Noyabr 18:05
30 Noyabr 18:04
30 Noyabr 17:57
30 Noyabr 17:54
30 Noyabr 17:51
30 Noyabr 17:18
30 Noyabr 17:02
30 Noyabr 16:57
30 Noyabr 16:34
30 Noyabr 16:33
Ən son xəbərləri səhifəmizdən də izləyin