BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır

Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır.


Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşünə dair “X” platformasında qeyd edib.


Hikmət Hacıyev bildirib ki, müraciət nəticəsində yaralı hərbçilərin toplanması üçün BQXK-nın tibbi maşınlarının hərəkətinə dəstək verilir: “Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq".


Tarix: 22 Sentyabr 2023, 14:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin