BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənipərəst müğənninin İrəvan konserti təxirə salındı

Rusiyalı müğənni Lubov Uspenskayanın sentyabrın 28-də İrəvanda keçirilməsi gözlənilən konserti təxirə salınıb.

 

O, bu barədə "İnstagram"da paylaşım edib.

 

“Ermənistan paytaxtında bütün əyləncəli tədbirlərin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Bu orada olacaq bütün konsertlərə aiddir. Yeni tarix tezliklə açıqlanacaq, hələlik təyin olunmayıb”, - məlumatda deyilir.

 

Xatırladaq ki, daha əvvəl Ermənistan hökumətinin qərarı ilə amerikalı reper Snup Doqun sentyabrın 23-də İrəvanda baş tutmalı olan konserti təxirə salınmışdı.

 

Qeyd edək ki, L.Uspenskaya ermənipərəst mövqeyini açıq şəkildə ifadə edir, KİV və sosial şəbəkələrdə Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədir.

Tarix: 22 Sentyabr 2023, 15:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin