BURADA REKLAMINIZ OLA
BİLƏR

"PASHA Bank Georgia"nın sədri istefa verdi

"PAŞA Bank"ın Gürcüstan törəməsi "PASHA Bank Georgia"nın İdarə Heyətinin sədri Nikoloz Şurqaya sentyabr ayının 20-də istefa verib. "APA-Economics" bu barədə Banka istinadən xəbər verir.

 

"PAŞA Bank Georgia adi rejimdə fəaliyyətini davam etdirir və yeni sədr Gürcüstan Milli Bankı tərəfindən təsdiqlənən kimi onun barəsində bəyanat verəcək" - deyə Bankdan əlavə edilib.

 

Qeyd edək ki, 2013-cü ildə Gürcüstan Mərkəzi Bankı "PASHA Bank Georgia"ya fəaliyyət lisenziyası verib. Bankın səhmlərinin 90,2%-i "PAŞA Bank"a, 9,79%-i isə "PAŞA Holdinq"ə məxsusdur.

Tarix: 22 Sentyabr 2023, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin