BURADA REKLAMINIZ OLA
BİLƏR

Ucarda şəhərin giriş qapısının üstünə çıxan şəxs yıxılıb, xəsarət alıb

Ucar şəhərinin giriş qapısından yıxılan rayon sakini ağır xəsarət alıb.

 

Bu gün axşam saatlarında Ucar şəhərinin giriş qapısının üstünə çıxan rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Allahverdi oğlu Qasımov asfalt örtüyün üzərinə yıxılıb.

 

İlkin ehtimala görə, içki düşkünü olan şəxs giriş qapısının yaxınlığında yatırmış və əşyalarını məhz yıxıldığı yerdə, qapının yuxarı hissəsində gizlədirmiş.

 

Zərərçəkən ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

 

Fakt araşdırılır.

APA

Tarix: 22 Sentyabr 2023, 22:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin