BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtomobil daşıyan yük maşını yandı

Bakının Səbail rayonunda yük avtomobilində yanğın olub.

 

Hadisə Bakı-Salyan şossesinin Səbail rayonundan keçən hissəsində qeydə alınıb. Yanğın avtomobil daşıyan yük maşının mühərrik hissəsində baş verib.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

 

Araşdırma aparılır./APA

Tarix: 23 Sentyabr 2023, 07:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin