BURADA REKLAMINIZ OLA
BİLƏR

Ən qısqanc 3 bürc - Onları tanıyın

Bəzi bürclər qısqanclığı ilə xüsusilə seçilir. Bu, onlarla münasibətdə olan şəxsləri bəzən hövsələdən çıxara bilir.

 

Yenisabah.az ən qısqanc 3 bürcü təqdim edir:

 

XƏRÇƏNG

 

Xərçənglər öz təbiətinə görə hər kəsi qorumalı olduğunu düşünür. Onlar partnyoruna o qədər yaxşı baxır ki, bəzən buna inanmaq belə olmur. Lakin bunun müqabilində xərçənglər sevdiklərinin gözündə "1 nömrə" olmaq istəyirlər. Xərçəngi həyatınızın mərkəzinə qoymasanız, bu onda dəhşətli qısqanclıq yaradacaq. Zamanla o ya öz qabığına çəkiləcək, ya da həyatınızdan tamamilə çıxacaq.

 

ƏQRƏB

 

Əqrəblər dərin əlaqələr qurur. Onlar sizi sevdiyini hər dəqiqə göstərmək istəmir, çünki sirli qalmağı xoşlayırlar. Amma həm də bunu bildiyinə əmin olmaq istəyir. O, içində qısqanclığını yaşayır və heç gözləmədiyiniz anda sizi qısqandığı vaxtı xatırladır. Çünki həmin an ona necə hiss etdirdiyinizi unutmur.

 

BUĞA

 

Buğa heç kimə asanlıqla etibar etmir. Bununla belə, o həmişə güvəndiyi insanın yanında olmaq istəyir. Buğalarda həddindən artıq sahiblənmə xarakteri var, buna görə hədsiz qısqanc ola bilirlər. Onlar həyatlarındakı şəxsin yalnız ona aid olmağı tələb edirlər. 

Tarix: 23 Sentyabr 2023, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin