BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azıx və Tağlar mağaraları” nominasiyası UNESCO-nun İrs Komitəsinin İlkin siyahısına salındı

Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları - Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya İlkin siyahıya (Tentative List) daxil edilib.

 

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

 

Qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyadda keçirilən 45-ci sessiyasında verilib.

 

Xatırladaq ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiyalar artıq qurumun Ümumdünya İrs Siyahısına daxil olunub.

Tarix: 23 Sentyabr 2023, 13:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin