BURADA REKLAMINIZ OLA
BİLƏR

Tibbi yardıma ehtiyacı olanların Ermənistana təxliyəsinə şərait yaradılır

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən Ağdam-Əsgəran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq, dərman preparatları və uşaq qidasından ibarət yüklərin aparılmasına, təşkilatın Bakı və Cenevrə ofislərindən Xankəndidə olan alt-ofisinə əlavə heyətin ezam olunmasına şərait yaradılır.

 

Pravda.az xəbər verir ki, bu barədə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə yaradılan İşçi qrup tərəfindən 2023-cü il sentyabrın 20-dən etibarən görülən tədbirlərdə qeyd olunub.

 

Həmçinin bildirilib ki, BQXK müraciəti əsasında tibbi yardıma ehtiyacı olan şəxslərin Ermənistana təxliyəsi üçün zəruri imkanlar yaradılır.

Tarix: 23 Sentyabr 2023, 13:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin