BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan səfiri ermənilərə müraciət edib: “Birgəyaşayış istəyirsinizsə, sülh prosesini dəstəkləyin”

“Əgər biz insanların birgəyaşayışını istəyiriksə, onda sülh prosesini dəstəkləməliyik”.

 

Bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov ABŞ-nin “Politico” nəşrinə açıqlamasında deyib.

 

Diplomat xatırladıb ki, 2020-ci ildə əldə olunmuş razılığa əsasən Ermənistan qanunsuz hərbi birləşmələri Qarabağdan çıxarmalı idi.

 

E.Süleymanov vurğulayıb ki, azərbaycanlılar heç vaxt ermənilər kimi davrana bilməz:

 

“Ermənilər 90-cı illərdə şəhərlərimizi ələ keçirəndən sonra qətllər törətdilər, qaçqın və köçkünlərimiz oldu. Amma biz onlar kimi davranmırıq”.

 

Nəşrdə həmçinin, sentyabrın 21-də Yevlaxda Azərbaycan rəsmiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüşünə də toxunulub:

 

“Azərbaycan tərəfi bildirir ki, konstruktiv danışıqlar reinteqrasiya prosesinin başlanğıcıdır. Yəni, Qarabağ erməniləri silahı yeri qoymalıdır”./Report

Tarix: 23 Sentyabr 2023, 14:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin