BURADA REKLAMINIZ OLA
BİLƏR

BQXK karvanı ilə 70 ton humanitar yük Laçın yolu vasitəsilə keçib

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri üçün nəzərdə tutulan təqribən 70 ton humanitar yük Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) karvanı ilə Laçın yolu ilə keçib.


Pravda az xəbər verir ki, bu barədə BQXK məlumat yayıb.


Ehtiyacı olan icmalar üçün nəzərdə tutulan humanitar yükə 66 ton un, 2 700 kq duz, 450 kq quru maya və 375 litr günəbaxan yağı daxildir.


BQXK komandası həmçinin döyüşlərdə yaralanmış 17 nəfərin tibbi təxliyəsini də həyata keçirib.


Məlumatda bildirilir ki, BQXK humanitar fəaliyyətlə bağlı bütün iştirakçılarla dialoq aparır. Bununla yanaşı, itkin düşən şəxslərin axtarışı davam edir, onların ailələri ilə əlaqə saxlanılır.


Humanitar ehtiyacların miqyasını nəzərə alaraq, BQXK səhiyyə, məhkəmə-tibbi ekspertiza, humanitar müdafiə məsələləri, silahlar və partlamamış sursatlarla bağlı təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış kadrları əlavə etməklə regiondakı iştirakını artırır.

Tarix: 23 Sentyabr 2023, 22:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin