BURADA REKLAMINIZ OLA
BİLƏR

Qənirə Paşayevanın qardaşı danışdı

Millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı onun qardaşı Hüseyn Paşayev də açıqlama verib.

H.Paşayev jurnalistlərə təşəkkür edib:

“Əvvəlcə onu deyim ki, Qənirə xanımın müalicəsi dövlətimizin, şəxsən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın şəxsi nəzarətindədir. Bacımın vəziyyəti pisləşdiyi andan Heydər Əliyev Fondunun bir çox əməkdaşı burda olub. Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov da burda idi və həkimlərə müəyyən tapşırıqlar verildi. Cüzi də olsa yaxşılıq var, hamımız dua edək ki, Qənirə xanım tezliklə sağlamlığına qovuşsun. Ölkə rəhbərliyinə, gələnlərin hamısına ailəmiz adından təşəkkür edirik”.

 

APA

Tarix: 24 Sentyabr 2023, 15:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin