BURADA REKLAMINIZ OLA
BİLƏR

DYP "asancerime" ilə bağlı məlumat yaydı: Etibar etməyin

Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vədi verən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılıb.

 

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, onlardan biri də "asancerime.com" səhifəsidir:

 

"Vətəndaşlarımızdan belə səhifələrə etibar etməməyi, şəxsi və bank kartları məlumatlarını bu cür səhifələrlə paylaşmamağı xahiş edirik. Bu cür səhifələrin dövlətimizlə və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur".

Tarix: 25 Sentyabr 2023, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin