BURADA REKLAMINIZ OLA
BİLƏR

Dominant bürclər: Onlar daim hökmranlığa can atır

Sevgi vacib hiss olsa da, mürəkkəbdir. Ürəyə söz keçirmək qeyri-mümkündür. Amma astroloqların fikrincə, tərəf müqabili seçərkən bəzi insanlar dominant xarakterlərinə görə partnyorlarını az qala bədbəxt edə bilər. Bu əlamətin üstünlük təşkil etdiyi bürc sahibləri partnyorları ilə manipulyasiya edirlər. Yenisabah.az həmin bürcləri təqdim edir:

QOÇ:

Qoçlar tərəfdaşlarına sadiqdir, onlara qayğı göstərirlər. Onlar xüsusi günləri heç vaxt unutmur və təmtəraqla qeyd edirlər. Ancaq sevgi münasibətlərində tərəfdaşları onları dinləməkdən imtina etdikdə çox dominant ola bilərlər. Bu vəziyyət bəzən qarşı tərəf üçün dözülməz hala gəlir.

BUĞA:

Buğalar hər şeyin ən yaxşısını bildiklərini düşünürlər. Onlar ümumən sakit və rahatdırlar. Ancaq söhbət sevgi münasibətlərinə gəldikdə dominant xüsusiyyətləri ön plana çıxır. Buğalar çox vaxt çətin situasiyanı təkbaşına idarə və partnyorlarından da onun şərtlərinə tabe olmağı tələb edirlər.

Şir:

Şirlər əmr vermədən yaşaya bilmirlər. Bu bürc liderlik keyfiyyətləri ilə tanınır. Karyeralarında olduğu kimi, dost mühitində də əmr verməyi xoşlayırlar. Amma şirlər həyat yoldaşlarının onların məsuliyyət daşıdığı mövzulara qarışmağını istəmirlər.

Qız:

Qızlar insanları idarə etməyi çox sevir. Buna görə də partnyorları tez-tez onların yanında özünü boğulurmuş kimi hiss edir.  Astroloqlar onlara münasibətin axarı ilə getməyi və idarəçilikdən əl çəkməyi məsləhət görürlər. Qızlar başqaları üzərində qurmaq istədikləri hökmranlıq hissini yumşaltmaq tövsiyə olunur.

Tarix: 25 Sentyabr 2023, 12:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin