““XXI əsrin epidemiyası” adlandırılan piylənmə ilə mübarizədə bu gün bir çox vasitələr sınaqdan keçirilir. Təəssüf ki, bu problemlə rastlaşan insanlar bir möcüzə axtarışında olur, tez nəticə verəcək vasitələrin ardınca qaçırlar. Təbii ki, bu zaman qarşılarına çıxan arıqlama çaylarının, kofelərin, həblərin reklamlarının onlara kömək edəcəyini düşünürlər və bu vasitələrə üz tuturlar. Nəticə isə çox da ürəkaçan olmur. Çünki istər dərman preparatlarının, istərsə də çayların, yaxud kofelərin təsiri orqanizmə zərərsiz ötüşmür, həm də gözlənilən nəticə əldə olunmur. Yaxud nəticə qalıcı yox, çox qısamüddətli olur...”
Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış dietoloq Tutu Zeynalova deyib.
Dietoloq bildirib ki, arıqlama çaylarının bir çoxunun əsas funksiyası bağırsaqların pasaj funksiyasını sürətləndirməkdir: “Bu zaman bağırsaqlar daha tez boşalır, 2-3 gün sonra pasiyent tərəziyə çıxanda görür ki, çəkisi azalıb. Halbuki bu, sadəcə bədəndən çıxan su və boşalan bağırsaqların nəticəsində gedən 2-3 kilodur. Nəticə onları daha da həvəsləndirir və çayları, kofeləri davamlı istifadə etməyə başlayırlar. Əlbəttə ki, bu cür vasitələri satan, təklif edən, bunu biznes olaraq görən insanlar israrla onların bitki tərkibli olduqlarını söyləyirlər. Bitki çaylarının tərkibində ən çox istifadə olunan sena bitkisidir ki, bu bitki izhal yaradır, nəticədə xəstə arıqladığını düşünür”.
T.Zeynalova vurğulayıb ki, preparatların tərkibində də bir çox molekullar mövcuddur: “Məsələn, amfetamin molekulları beynin mərkəzi sinir sisteminin toxluq mərkəzinə təsir edir, insanda toxluq hissini artırır. Aclıq hissi olmadığı üçün xanımlar bir az çəki ata bilirlər. Bəs problemlər haradan yaranır? Bizim qidalardan aldığımız vitamin və minerallar bağırsaqlarımızda mənimsənir. Bağırsaqların işinə maneə olan bu və ya digər preparatlar, həmçinin çay və kofelər vitaminlarin mənimsənilməsinə maneə olur, pasiyent vitamin çatışmazlığı problemi yaşayır. Bu problemləri biz bariatrik - mədə kiçiltmə əməliyyatından sonra da görürük. Az qida qəbul olunduğu üçün və bu qidalarda yetərsiz vitamin, mineral olduğu, bağırsaqlarda mənimsəmə prosesi pozulduğu üçün vitamin, mineral çatışmazlığı yaranır. Xanımlarda daha çox belə fəsadları görürük. Onlar saç tökülməsi, əsəbilik, aylıq halının pozulması, depressiya kimi şikayətlərlə bizə üz tuturlar. Sonra isə həkimə müraciət etmək məcburiyyətində qalırlar. Paralel olaraq yuxu pozğunluğu, əzələlərdə qıcolmalar da baş verə bilər”.
Dietoloqun sözlərinə görə, dietik olduğu deyilən preparatların, xüsusilə çay və kofelərin qəbulu nəticəsində bağırsaq xərçənginin yaranma ehtimalı çoxdur: “Bu, bağırsaq mikroflorasını pozduğuna görə autoimmun xəstəliklərinin yaranma ehtimalını artırır. Bəzən isə geri dönüşü olmayan problemlər yaşanır. Dietik çaylar, kofelər vəziyyətdən çıxış yolu olsaydı, hamımız kofe, çay içərək arıq qala biləriksə, məsələnin həlli bu qədər asandırsa, niyə hələ də bu qədər çox insan piylənmədən əziyyət çəkir? Hər gün artıq çəkidən əziyyət çəkən insanların sayı artır. Deməli, problemin həllini yanlış yerdə axtarırıq. Bəs nə edək? Əgər problem varsa, ilk növbədə səbəbini araşdırmaq lazımdır. “Mən niyə kökəlirəm?” - bu sualın cavabını bilməsəniz, heç bir vasitə sizə kömək edə bilməyəcək. Buna görə də niyə kökəldiyinizi öyrənin. Bunun üçün müəyyən qan analizləri, müayinə metodları var ki, bunların nəticəsində pasiyentlərə bədənin əzələ-yağ nisbəti haqqında məlumat verə, analizlərin nəticəsində artıq çəkinin yaranma səbəbini deyə bilirik. Bunu biliriksə, artıq orqanizmə haradan və necə müdaxilə edəcəyimizi də bilirik. Həyat tərzi dəyişiklikləri, sağlam arıqlaqma proqramları ilə, hətta ehtiyac varsa, müalicə ilə həll etmək mümkündür”.
T.Zeynalova sonda vurğulayıb ki, artıq çəkidən əziyyət çəkən insanlar pəhriz proqramlarının bir müddətlik olduğunu düşünürlər: ““2-3 ay pəhriz saxlayım, arıqlayım, sonra nə istəsəm, yeyəcəyəm, arıq qalacağam” - dünyanın heç bir yerində belə şey yoxdur. Artıq çəkinizi verdikdən sonra öz çəkinizi qorumaq üçün həyat tərzinizi dəyişməlisiniz. Müəyyən vərdişləri öz rutininizə, həyat tərzinizə çevirməlisiniz ki, əldə etdiyiniz nəticə qalıcı olsun. Əks təqdirdə, kofelərlə, çaylarla, dərmanlarla həm pullarınızı xərcləyəcəksəiniz, həm də sağlamlığınızı itirəcəksiniz”.
Aytəkin Qardaşova
6 Dekabr 22:46
6 Dekabr 21:17
6 Dekabr 20:24
6 Dekabr 20:05
6 Dekabr 20:02
6 Dekabr 20:00
6 Dekabr 19:36
6 Dekabr 19:31
6 Dekabr 19:28
6 Dekabr 19:23
6 Dekabr 19:21
6 Dekabr 19:20
6 Dekabr 19:14
6 Dekabr 19:08
6 Dekabr 19:05
6 Dekabr 19:03
6 Dekabr 19:02
6 Dekabr 19:00
6 Dekabr 18:16
6 Dekabr 17:53
6 Dekabr 17:36
6 Dekabr 17:18
6 Dekabr 17:00
6 Dekabr 16:46
6 Dekabr 16:44
6 Dekabr 16:43
6 Dekabr 16:38
6 Dekabr 16:36
6 Dekabr 16:35
6 Dekabr 16:33
6 Dekabr 16:29
6 Dekabr 16:27
6 Dekabr 16:17
6 Dekabr 16:10
6 Dekabr 16:09
6 Dekabr 16:07
6 Dekabr 16:02
6 Dekabr 15:49
6 Dekabr 15:47
6 Dekabr 15:44
6 Dekabr 15:37
6 Dekabr 15:35
6 Dekabr 15:33
6 Dekabr 15:30
6 Dekabr 15:24
6 Dekabr 15:23
6 Dekabr 15:19
6 Dekabr 15:16
6 Dekabr 15:13
6 Dekabr 15:07
6 Dekabr 15:05
6 Dekabr 14:59
6 Dekabr 14:58
6 Dekabr 14:55
6 Dekabr 14:53
6 Dekabr 14:32
6 Dekabr 14:27
6 Dekabr 14:23
6 Dekabr 14:00
6 Dekabr 13:57
6 Dekabr 13:53
6 Dekabr 13:47
6 Dekabr 13:46
6 Dekabr 13:42
6 Dekabr 13:20
6 Dekabr 13:18
6 Dekabr 13:02
6 Dekabr 13:00
6 Dekabr 12:53
6 Dekabr 12:52
6 Dekabr 12:51
6 Dekabr 12:43
6 Dekabr 12:34
6 Dekabr 12:28
6 Dekabr 12:27
6 Dekabr 12:12
6 Dekabr 12:10
6 Dekabr 12:06
6 Dekabr 11:57
6 Dekabr 11:53
6 Dekabr 11:50
6 Dekabr 11:47
6 Dekabr 11:46
6 Dekabr 11:44
6 Dekabr 11:36
6 Dekabr 11:34
6 Dekabr 11:27
6 Dekabr 11:26
6 Dekabr 11:15
6 Dekabr 11:09
6 Dekabr 11:04
6 Dekabr 10:58
6 Dekabr 10:58
6 Dekabr 10:50
6 Dekabr 10:49
6 Dekabr 10:48
6 Dekabr 10:47
6 Dekabr 10:39
6 Dekabr 10:32
6 Dekabr 10:09
6 Dekabr 10:01
6 Dekabr 10:00
6 Dekabr 09:57
6 Dekabr 09:51
6 Dekabr 09:51
6 Dekabr 09:48
6 Dekabr 09:44
6 Dekabr 09:42
6 Dekabr 09:40
6 Dekabr 09:35
6 Dekabr 09:32
6 Dekabr 09:28
6 Dekabr 09:26
6 Dekabr 09:25
6 Dekabr 09:15
6 Dekabr 08:55
6 Dekabr 08:53
6 Dekabr 08:53
6 Dekabr 08:51
6 Dekabr 08:45
6 Dekabr 08:45
6 Dekabr 08:41
6 Dekabr 08:31
6 Dekabr 08:27
6 Dekabr 08:24
6 Dekabr 08:24
6 Dekabr 08:17
6 Dekabr 08:16
6 Dekabr 08:07
6 Dekabr 07:44
6 Dekabr 07:25
6 Dekabr 07:23
6 Dekabr 07:21
6 Dekabr 07:18
6 Dekabr 00:01
5 Dekabr 23:52
5 Dekabr 23:42
5 Dekabr 23:23
5 Dekabr 23:14
5 Dekabr 22:35
5 Dekabr 22:18
5 Dekabr 22:17
5 Dekabr 21:43
5 Dekabr 21:39
5 Dekabr 21:20
5 Dekabr 21:17
5 Dekabr 21:16
5 Dekabr 19:51
5 Dekabr 19:49
5 Dekabr 19:06
Ən son xəbərləri səhifəmizdən də izləyin