BURADA REKLAMINIZ OLA
BİLƏR

“Heç o qurumun özü yoxdur” – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə TƏNQİD

“Sosial.gov.az saytı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytıdır. Tərkbində olan hansı xidmətin üzərinə gedirsən, yazılır: səhifə hazırlanmaqdadır. Çoxdan hazırlanmaqdadır, hələ də bitirə bilmirlər. Halbuki belə vaxtda bu qurumların hər birinin səhifəsində insanlar üçün hər məlumatı tapmaq imkanı olmalıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Rövşən Ağayev deyib.

 

“Məsələn, mən bir analiz üçün evdə xidmət almağa ehtiyacı olan ahılların rayon (şəhərlər) üzrə bölgüsünü axtarıram yoxdur, çoxuşaqlı ailələrin sayının heç olmazsa 2018-ci ilə olan statistikasını, bu cür ailələrin rayon (şəhərlər) üzrə bölgüsünü axtarıram yoxdur. Bu saytda statistika (data) bölməsi ümumiyyətlə yoxdur. İndiki dövrdə bu "yoxdurlar"ın sayı çoxdursa, demək, heç o qurumun özü yoxdur. Sadəcə özünün xəbəri yoxdur. Deyəsən, bu "yoxdurlar"ın sayəsində qafiyəli bir status alındı). Amma gerçəklik belədir...” – R.Ağayev qeyd edib.

Tarix: 3 May 2020, 07:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin