BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir - VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.


Müdafiə Nazirliyindən verilən məlumata görə, Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.


Bundan başqa bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.

 

Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.

 

Tarix: 27 Sentyabr 2023, 19:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin