BURADA REKLAMINIZ OLA
BİLƏR

RİİB “Şəhidlərimiz qürurumuzdur!” adlı aksiya keçirib - VİDEO

İşğal altında olan torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğlullarının əziz xatirəsinə sonsuz hörmət və ehtiram nümayiş etdirmək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) 27 Sentyabr - Anım Gününə həsr edilən “Şəhidlərimiz qürurumuzdur!” aksiyası keçirib.

 

Aksiyada  RİİB könüllülərinin, şəhid övladları və gənclərin iştirakı ilə səmaya işıq fənərləri buraxılıb.

 

Aksiya çərçivəsində hazırlanan videoçarxı təqdim edir, anım tədbirində iştirak edən şəhid övladlarına və onların simasında bütün şəhid əmanətlərinə təşəkkürümüzü çatdırırıq.

 

Tarix: 27 Sentyabr 2023, 20:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin