BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda növbəti ildən ambulator şəkildə xəstələrə dərman veriləcək

Növbəti ildən ambulator şəkildə xəstələrə dərmanların verilməsi nəzərdə tutulur.

 

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Nərgiz Ağayeva deyib.

 

Onun sözlərinə görə, artıq bununla bağlı Nazirlər Kabinetinə təkliflər göndərilib:

 

"Statistikaya əsasən ilk yerdə yüksək təzyiqdən əziyyət çəkənlərdir. Birinci mərhələdə onlara dərmanlar veriləcək. Mərhələli şəkildə digər xəstəliklər üzrə də dərmanların verilməsi həyata keçiriləcək".

 

Report

Tarix: 28 Sentyabr 2023, 12:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin