BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü bu rayonda olacaq

Ramin Məmmədovun Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü gözlənilir.

 

Pravda.az xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs, deputat Ramin Məmmədovun yaxın vaxtlarda Yevlaxda Qarabağın erməni sakinlərin nümayəndələri ilə növbəti görüşü planlaşdırılır.

 

Qeyd edək ki, Ramin Məmmədov Yevlaxda və Xocalıda erməni sakinlərin nümayəndələri ilə artıq bir neçə görüş keçirib. Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.

Tarix: 28 Sentyabr 2023, 14:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin