BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Əli Həsənov həlim insan idi”

“Dəyişikliklər ölçülüb-biçilmiş məsələlərdir, kimlərsə narazı qala bilər, sonradan müəyyən narahatlıq yarada bilər. Ona görə də siyasi partiya kimi, siyasi partiyanın üzvü kimi  bildirirəm ki, prezidentin bu addımlarını yüksək qiymətləndiririk, həmişə arxasındayıq. Prezidentin etdiyi dəyişikləri hərbi dillə desəm, islahatların bütün cəbhə boyu yayılmasının əlaməti kimi hesab edirəm”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

Deputat qeyd edib ki, qanunverici, icra, məhkəmə hakimiyyətində ciddi dəyişikliklər edilir: “Yəqin ki, bir ay müddətində Prezident Adminstrasiyasında struktur dəyişikliyi tamamlanacaq. Mən deyərdim ki, prezident dövlət quruculuğunda özünü doğrultmuş şəxsləri yenidən vəzifyə təyin edir. Şəxsən mən yeni təyin edilmiş şəxslər haqqqında yüksək fikirdəyəm. O mənada ki, uzun illər dövlət quruculuğunda, regionların inkişafında Zeynal Nağdəliyevin xidmətləri böyük idi. Onun bu vəzifədə saxlanılması mühüm və mənim arzuladığım məsələdir. Eyni zamanda Fuad Ələsgərov hüquq-mühafizə orqanlarında və başqa sahələrdə ciddi uğurlar əldə edib. Məhərrəm Əliyevə təcrübəli və dövlətə sadiq biri kimi general-polkovnik rütbəsinin verilməsi təqdirə layiqdir. Mən Əli Həsənova da uğrurlar arzulayıram. O öz səhhəti ilə bağlı müraciət edib, elmi fəaliyyətini davam etdirəcək. O da daim dövlətə öz sədaqətini nümayiş etdirən, həlim bir insan idi. Şübhəsiz ki, bizi siyasi partiya kimi maraqlandıran cəhətlərdən biri siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə Ədalət Vəliyevin gətirilməsidir. Ədalət müəllimi mən uzun illərdir ki, müşahidə etmişəm, çox ağır təbiət, mədəni bir insandır. Mədəni olması ilə yanaşı həm də çox abırlı simalardan biridir. Açığı deyim ki, bu dəyişikliklər çox xoş gəlir. Şahmar Müslümov Neft Fondunun vəsaitini 42 milyarda qədər çatdırıb və fondun idarəsində böyük rol oynayıb. Anar Ələkbərovun da Heydər Əliyev Fondu ilə birgə operativ işlədiyinin şahidi olmuşuq. Cəmiyyətimiz  də həm parlament həm də prezident adminstrasiyasında dəyişikliklər arzulayırdı. Prezident də addım-addım bu istiqamətdə gedir. Prezidentin etdiyi dəyişikliyiklər mən gözlədiyimdən də cəsarətli addım idi”.Modern.az

Tarix: 30 Noyabr 2019, 21:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin